- Transfer
- 22:06 30.10.2024
Fransanın PSJ klubu futbolçusu Neymarın müqaviləsini yeniləməyə hazırlaşır.
Corner.az xəbər verir ki, Paris təmsilçisi 29 yaşlı hücumçu ilə razılıq əldə edib. Bu barədə italyalı jurnalist Nikola Skira özünün “Tvitter” hesabında məlumat yayıb. Neymarla yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər olacaq.
Braziliyal; futbolçu yeni sözləşməyə görə PSJ-də illik 30 milyon avro məvacib alacaq. Müqavilənin şərtləri 2022-ci ilin yayından qüvvəyə minəcək.
Qeyd edək ki, 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçən Neymar, bu mövsüm 22 matçda 13 qol vurub.