16 dekabr 2025. Çərşənbə axşamı

Tuçel rəhbərlikdən Varan'ın transferini istədi


  • Transfer
  • 12:26 18.04.2021
  • Oxunma sayı: 621
Tuçel rəhbərlikdən Varan'ın transferini istədi

İngiltərənin “Çelsi” klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Corner.az xəbər verir ki, “zadəganlar” “Real”ın futbolçusu Rafael Varanı transfer etməyi planlaşdırır. Bu barədə almaniyalı jurnalist Kristian Falk özünün “tvitter” hesabında məlumat yayıb. “Çelsi”nin baş məşqçisi Tomas Tuçel rəhbərlikdən 27 yaşlı müdafiəçinin transfer edilməsini istəyib.

Qeyd edək ki, 2011-ci ildən “Real”da çıxış edən fransalı futbolçunun müqaviləsi 2022-ci ilin yayına qədərdir. 







Transfer