- Transfer
- 23:26 11.03.2025
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə “Real” klubu yaxından maraqlanır. Bu barədə “Daily Star” nəşri məlumat yayıb. Məlumatda, “Mançester Siti”də son zamanlarda start heyətindəki yerini itirən Sterlinqin “Real”ın hədəfində olduğu bildirilib.
Sterlinq “Mançester Siti”də xoşbəxtdir və klubla müqaviləsini yeniləmək istəyir. “Şəhərlilər” isə ingilis hücumçunu 92 milyon avroluq təklif olunacağı təqdirdə, satmağa razıdır.
Qeyd edək ki, Sterlinq bu mövsüm “Mançester Siti”də 42 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.