12 mart 2025. Çərşənbə

Peresdən Haland və Mbappe ilə bağlı açıqlama


  • Transfer
  • 10:10 23.04.2021
  • Oxunma sayı: 168
Peresdən Haland və Mbappe ilə bağlı açıqlama

“Real” klubunun prezidenti Florentino Peres açıqlama verib.

Corner.az xəbər verir ki, “El Larguero” radiosuna danışan Peres, yayda böyük transfer olmayacağını deyib:

“Ümumiyyətlə, bu yay böyük transfer olmayacaq. Belə şərtlərlə Kilian Mbappe və ya Erlinq Halandı almaq mümkün deyil. Bu, bütün klublara aiddir, təkcə “Real”a yox. Super Liqasız belə transferlər həyata keçirilə bilməz”.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

Artıq İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti”, “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər