8 aprel 2026. Çərşənbə

Milan İbrahimoviçlə müqaviləni yenilədi


  • Transfer
  • 10:21 23.04.2021
  • Oxunma sayı: 158
Milan İbrahimoviçlə müqaviləni yenilədi

İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib.

Corner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İbrahimoviçlə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. 39 yaşlı hücumçu yeni müqavilə ilə illik 7 milyon avro qazanacaq.

İbrahimoviç bu mövsüm “Milan”la A Seriyasında 17 oyuna 15 qol vurub.







Transfer