8 aprel 2026. Çərşənbə

Mançester Yunayted Ronaldo üçün hərəkətə keçdi


  • Transfer
  • 15:06 23.04.2021
  • Oxunma sayı: 180
Mançester Yunayted Ronaldo üçün hərəkətə keçdi

  "Mançester Yunayted" "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu transfer etmək istəyir.

Corner.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" 36 yaşlı hücumçunun meneceri Jorje Mendeş ilə danışıqlara başlayıb.

Ronaldonun geri qayıtmaq üçün maaşının azaldılmasına da hazır olduğu vurğulanıb. Portuqaliyalı oyunçu sabiq klubunda ən azı 20 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Kriştiano Ronaldo 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib. 







Transfer