8 aprel 2026. Çərşənbə

Mourinyo İspaniyaya gedir


  • Transfer
  • 17:00 23.04.2021
  • Oxunma sayı: 183
Mourinyo İspaniyaya gedir

Bir neçə gün əvvəl İngiltərənin “Tottenhem” klubundan qovulan portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyada komanda çalışdıra bilər.

Corner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda, Mourinyonun “Valensiya”da baş məşqçi postuna gətirilə biləcəyi bildirilib.

“Valensiya” klubunun sahibi Peter Limin 58 yaşlı mütəxəssisin meneceri Jorje Mendeşlə danışıqlara başladığı qeyd olunub. Mourinyo La Liqada işləməyə müsbət yanaşır.

Qeyd edək ki, Mourinyo daha əvvəl İspaniyada “Real” komandası çalışdırıb.







Transfer