6 may 2026. Çərşənbə

Mançester Siti 17 yaşlı hücumçu aldı


  • Transfer
  • 13:20 24.04.2021
  • Oxunma sayı: 173
Mançester Siti 17 yaşlı hücumçu aldı

“Mançester Siti” klubu yeni futbolçu ilə güclənib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Fluminense”dən Kaukunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Mançester Siti” 17 yaşlı futbolçu üçün 12 milyon avro ödəyib. Kauku 2022-ci ilin yanvarında yeni komandasına qoşulacaq. “Mançester Siti” hücumçunun növbəti satışından “Fluminense”yə 5 faizlik pay verəcək.

Bu mövsüm “Fluminense” ilə 9 oyuna çıxan Kauku, 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer