- Transfer
- 11:52 06.05.2026
“Atletiko” klubu “Yuventus”un futbolçusu Paulo Dibala ilə maraqlanır.
Corner.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu AS nəşrinə açıqlamasında deyib. Argentinalı futbolçu, “Atletiko” nümayəndələrinin onun meneceriylə əlaqə saxladığını deyib:
“Atletiko”dan zənglər var. Onlar mənə yox, menecerimə müraciət ediblər. Vəziyyətimlə maraqlanmaq üçün tez-tez zəng edirlər. Danışıqlar üç gün də davam edə bilər, altı ay da”.
Qeyd edək ki, Dibalanın “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.O, bu mövsüm A Seriyasında 15 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.