- Transfer
- 00:35 10.08.2026
“İnter”in futbolçusu Eşli Yanq yeni mövsümdə karyerasını Premyer Liqada davam etdirə bilər.
Corner.az xəbər verir ki, “Uotford” klubu 35 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Eşli Yanq özü də yetirməsi olduğu kluba qayıtmağa müsbət yanaşır.
Qeyd edək ki, Yanq 2003-2007-ci illər aralığında “Uotford”da çıxış edib.Yanq 2020-ci ilin yanvarından “İnter”dədir. “İnter”lə müqaviləsi yaya qədər olan ingilis futbolçu bu mövsüm A Seriyasında 23 oyuna çıxıb.Bu mövsüm Çempionşipdə çıxış edən “Uotford” Premyer Liqaya yüksəlib.