10 avqust 2026. Bazar ertəsi

Burak Yılmaz Bekhemin komandasına keçə bilər


  • Transfer
  • 11:04 27.04.2021
  • Oxunma sayı: 193
Burak Yılmaz Bekhemin komandasına keçə bilər

 "Lill"in hücumçusu Burak Yılmaz karyerasını ABŞ-da davam etdirə bilər.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki,  İngiltərə yığmasının keçmiş üzvü Devid Bekhemin sahibi olduğu "İnter Mayami" klubu 35 yaşlı futbolçu ilə maraqlanır.

Bundan əlavə, MLS təmsilçilərindən "Nyu-York Siti" də Türkiyə millisinin üzvünü heyətinə qatmağı planlaşdırır. Hər iki klubun "Lill"ə rəsmi təklif göndərəcəyi gözlənilir. Bu transferdə təcrübəli oyunçunun qərarının önəmli rol oynayacağı vurğulanıb.

Qeyd edək ki, Burak Yılmaz cari mövsüm "Lill"in heyətində 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer