10 avqust 2026. Bazar ertəsi

Yuventus Kvaratsxeliyanı 20 milyon avroya alır


  • Transfer
  • 11:08 27.04.2021
  • Oxunma sayı: 171
Yuventus Kvaratsxeliyanı 20 milyon avroya alır

"Yuventus" klubu "Rubin"in futbolçusu Xviça Kvaratsxeliyanı 20 milyon avroya almağa hazırdır.

Corner.az-ın "Il Messaggero"ya istinadən məlumatına görə, Turin təmsilçisi bu məbləği cari mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə ödəmək niyyətindədir.

Məlumatda, "Milan" Kvaratsxeliya ilə mübarizədə "Yuventus"u geridə qoyduğu vurğulanıb. "Qırmızı-qaralar" 20 yaşlı yarımmüdafiəçinin agenti ilə daimi təmasdadırlar. Gürcüstan millisinin üzvünü  "Napoli" və "Borussiya" (Dortmund) klubları da izləyir.

Qeyd edək ki, Xviça Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. Bu mövsüm gürcüstanlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. 

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.







Transfer