6 may 2026. Çərşənbə

Ronaldo iki klub arasında qərar verəcək


  • Transfer
  • 16:44 27.04.2021
  • Oxunma sayı: 208
Ronaldo iki klub arasında qərar verəcək

 "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo yay transfer dönəmində klubunu dəyişə bilər.

Corner.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Turin təmsilçisi Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə komandanı tərk edəcək.

Portuqaliyalı forvardla "Mançester Yunayted" və PSJ klubları yaxından maraqlanır.

Qeyd edək ki, "Yuventus" A Seriyasında 33 oyundan sonra "Milan" və "Napoli" ilə birlikdə 66 xal toplayıb. Komandanın Neapol klubu ilə xalları bərabər olsa, "Yuventus" şəxsi görüşlərdə rəqibinə uduzduğu üçün ÇL-dən kənarda qalacaq.

Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. 







Transfer