3 iyul 2026. Cümə

Mançester Siti 18 yaşlı futbolçu aldı


  • Transfer
  • 02:00 01.05.2021
  • Oxunma sayı: 202
Mançester Siti 18 yaşlı futbolçu aldı

 "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, "şəhərlilər" "Estudiantes"in yarımmüdafiəçisi Dario Sarmyentonu transfer edib. Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün şəxsi "Tvitter" hesabında paylaşıb.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. Gənc oyunçu yeni komandasına bu ilin iyununda qoşulacaq.

Premyer Liqa təmsilçisi argentinalı futbolçu üçün 5 milyon avro təzminat ödəyib. Daha sonra 12 milyon avro bonus kimi qarşı tərəfə ödəniləcək. Həmçinin "Estudiantes" Sarmyentonun növbəti satışından ümumi məbləğin 20 faizi qədər pul alacaq.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır