- Transfer
- 22:06 30.10.2024
“Çelsi”nin hücumçusu Temmi Abraham karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, “Milan” klubu 23 yaşlı futbolçu ilə yaxından maraqlanır. “Çelsi” ingiltərəli hücumçu üçün İtaliya təmsilçisindən 40 milyon funt-sterlinq tələb edir.
“Milan” mövsümün sonunda Abrahamı heyətinə qatmaq üçün “zadəganlar”la danışıqlara başlayacaq.Abrahamın özü də Milan klubunda çıxış etməyə müsbət yanaşır.
Abraham bu mövsüm “Çelsi” ilə bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb və 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.