23 oktyabr 2024. Çərşənbə

İnter'in futbolçusu Manchester United'in hədəfində


  • Transfer
  • 12:17 17.02.2019
  • Oxunma sayı: 580
İnter'in futbolçusu Manchester United'in hədəfində

İnter'in müdafiəçisi Milan Skriniar yayda klubunu dəyişə bilər.


Corner.az xəbər verir ki, sloveniyalı futbolçu Manchester United'in əsas transfer hədəfi hesab olunur.Qırmızı-şeytanlar daha əvvəl 23 yaşlı oyunçu üçün İtaliya təmsilçisinə 60 milyon avro təklif etsələr də, rədd cavabı almışdılar.İnter gənc müdafiəçi üçün 90 milyon avro tələb edir. Bu mövsümün sonunda Manchester United rəhbərliyinin həmin məbləği ödəyərək, Milanı alacağı iddia olunur.

Qeyd edək ki, 23 yaşlı futbolçu İnter'ə 2017-ci ilin yayında Sampdoria'an keçmişdi. 







Transfer