3 iyul 2026. Cümə

Dünya çempionu Meksika klubu ilə anlaşdı


  • Transfer
  • 18:09 08.05.2021
  • Oxunma sayı: 163
Dünya çempionu Meksika klubu ilə anlaşdı

 “Marsel”in futbolçusu Florian Toven karyerasını Meksikada davam etdirəcək.

Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Tiqres” klubu ilə razılaşıb. Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransa millisinin üzvü 5 illik müqavilə imzalanıb və o, yeni komandasına iyulun 1-də qoşulacaq.

“Transfermarkt”da dəyəri 28 milyon avro olan yarımmüdafiəçi, “Tiqres”ə azad agent kimi keçəcək. Toven “Marsel”lə müqaviləsi yayda bitir.

Toven Fransa milli komandası ilə DÇ-2018-in qalibi olub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır