8 aprel 2026. Çərşənbə

Mançester Yunayted'dən onun üçün 90 milyon avro


  • Transfer
  • 15:38 10.05.2021
  • Oxunma sayı: 220
Mançester Yunayted'dən onun üçün 90 milyon avro

“Mançester Yunayted” klubu “Borussiya”nın (Dortmund, Almaniya) futbolçusu Ceydon Sançonu transfer etmək niyyətindədir.

Corner.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb. Məlumatda, “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçi üçün “Borussiya”ya 90 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. “Qırmızı şeytanlar” yayda ingiltərəli futbolçu üçün yaxın günlərdə rəsmi danışıqlara başlayacaq.

Sançonun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 24 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.







Transfer