8 aprel 2026. Çərşənbə

Barselona Buffonla maraqlanır


  • Transfer
  • 12:44 12.05.2021
  • Oxunma sayı: 168
Barselona Buffonla maraqlanır

Mövsümün sonunda “Yuventus”dan ayrılacağını açıqlayan Canluici Buffon karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, “Barselona” klubu 43 yaşlı qapıçı ilə maraqlanır. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Məlumatda, artıq tərəflər arasında ilkin danışıqlara başlayacağı vurğulanıb.

“Barselona” Buffonu komandanın əsas qapıçısı Mark-Andre ter Ştegenə əvəzləyici kimi düşünür. Kataloniya təmsilçisi mövsümün sonunda italyan qapıçını azad agent kimi heyətinə qata bilər.







Transfer