- Transfer
- 23:26 11.03.2025
FİFA klublarında əməkhaqqı ala bilməyən dörd azərbaycanlı futbolçuya maddi dəstək verəcək.
Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 2020-ci ildə FİFA-nın nəzdində yaradılan Futbolçular Fondu (FFP), 2015-2020-ci illər aralığında klublarında maaş ala bilməyən və fonda müraciət edən 1089 futbolçudan 1005-inə maddi yardım verəcək. Fond klubları tərəfindən maaşları ödənilməyən və ya əvvəlcədən razılaşdırılmış ödənişləri almaq şansı olmayan futbolçulara yardım edir.
Yardımın ilk mərhələsində 1005 futbolçunun müraciəti təmin edilib. Azərbaycandan fonda dörd futbolçu müraciət edib və hər birinə maddi yardım ediləcək. Həmin futbolçuların adları və klubları açıqlanmayıb.
FİFA ödənişlərə 16 milyon dollar vəsait ayırıb. Vəsaitlər 2022-ci ilin yayına qədər futbolçulara ödəniləcək. Fonda 5 il ərzində 36 ölkədən 190 klubun 1089 futbolçusu müraciət edib və onlardan 1005-i müsbət cavablandırılıb.