23 oktyabr 2024. Çərşənbə

Juventus'dan İcardi açıqlaması


  • Transfer
  • 22:36 18.02.2019
  • Oxunma sayı: 662
Juventus'dan İcardi açıqlaması
Juventus'un idman direktoru Fabio Paratiçi “İnter”in futbolçusu Mauro İcardinin transfer ediləcəyi iddialarına münasibət bildirib.

Corner.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatına açıqlama verən klub rəsmisi 25 yaşlı hücumçunun Turin klubunda oynamaqla bağlı düşüncələrini bilmək istədiklərini deyib:“İcardinin  Juventus'da oynamaq istəyib, istəməyəcəyi haqda fikrini bilmək istəyirik. Ancaq hələ ki, aramızda görüş olmayıb. O, hazırda İnter'in futbolçusudur və biz isə çempionata köklənmişik”.

Xatırladaq ki, İnter'lə yeni müqavilə məsələsində razılığa gələ bilməyən İcardidən kapitanlıq sarğısını alıb.(qol.az)





Transfer