- Transfer
- 21:36 08.08.2026
“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını “Barselona”da davam etdirəcək.
Corner.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” telekanalının jurnalisti Fabrisio Romano öz Tvitter səhifəsində məlumat verib.
O, 32 yaşlı futbolçuya üç klub müraciət etdiyini yazıb:
“Aqueronun əsas istəyi “Barselona”ya keçməkdir. Danışıqlar hələ davam edir. Tərəflər 2023-cü ilə qədər imzalanacaq müqaviləni müzakirə edirlər. Aquero Kataloniya təmsilçisi üçün əmək haqqının 10 milyon avrodan aşağı salmağa hazırdır”.
Qeyd edək ki, argentinalı futbolçu 2011-ci ildən “Mançester Siti”də çıxış edir.