9 avqust 2026. Bazar günü

Ronaldo Sportinq'ə qayıdacaq? – Menecerindən açıqlama


  • Transfer
  • 14:05 15.05.2021
  • Oxunma sayı: 153
Ronaldo Sportinq'ə qayıdacaq? – Menecerindən açıqlama

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun meneceri Jorje Mendeş Ronaldonun “Sportinq”ə qayıdacağı ilə bağlı çıxan iddialara münasibət bildirib.

Corner.az xəbər verir ki, “Record” nəşrinə danışan Mendeş, 36 yaşlı hücumçunun Portuqaliyaya qayıtmaq haqda hələ düşünmədiyini deyib:

“Sportinq”in çempionluğu Ronaldonu sevindirir. O, hələ də dəstəkləyir yetirməsi olduğu klubu və çempion olmaları ilə bağlı münasibət də bildirir. Ancaq Ronaldonun planlarında hələ Portuqaliyaya qayıtmaq planı yoxdur”.

Mövsümün sonunda “Yuventus”dan ayrılacağı gözlənilən Ronaldonun “Sportinq”ə qayıda biləcəyi iddia edilirdi.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir