- Transfer
- 22:06 30.10.2024
Kiprin APOEL klubunun futbolçusu Qayas Zahidlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.
Corner.az "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçini transfer etmək istəyən son ölkə çempionu "Qarabağ"dır.
Ağdam təmsilçisinin norveçli futbolçuya ildə 450 000 avro təklif etdiyi bildirilir. Adı açıqlanmayan Türkiyə klubunun isə 600 000 avro ödəməyə hazır olduğu, bu səbəbdən, Zahidin ikinci varianta üstünlük verəcəyi deyilir.
Qeyd edək ki, Qayas Zahid 2017-ci ildən APOEL-də çıxış edir. Onun müqavilə yayda başa çatacaq.