- Transfer
- 22:06 30.10.2024
Ötən gün Qətərin “Əl Sədd” klubu ilə yeni müqavilə imzalayan baş məşqçi Xavi bundan əvvəl iki təklifi rədd edib.
Corner.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Məlumatda, 41 yaşlı mütəxəssis “Borussiya Dortmund”dan üç illik müqavilə təklifi alsa da, rədd edib. Bundan başqa, sabiq ispan yarımmüdafiəçiyə Braziliya yığmasında məşqçilik təklif edilib. Xavinin bu təklifə də cavabı “yox” olub və “Əl Sədd”lə yeni müqavilə imzalayıb.
Xavi “Əl Sədd”lə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Onun rəhbərlik etdiyi kollektiv Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin may ayından “Əl Sədd”i çalışdırır.