- Transfer
- 22:06 30.10.2024
“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri “Tottenhem” klubundan təklif alıb.
Corner.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Məlumatda, 53 yaşlı mütəxəssisin “Tottenhem”də baş məşqçilik üçün təklif aldığı, lakin rədd etdiyi bildirilib.
Alleqri “Real”ı çalışdırmaq niyyətindədir. İtaliyalı mütxəsəssis, bu səbəbdən menecerinə heç bir klubla danışıqlar aparmamağı tapşırıb.
İtaliya mətbuatının xəbərinə görə, “Real”da komandanın baş məşqçisi Zinəddin Zidanla yolların ayrılacağı halda, bu vəzifəyə ən real namizəd Alleqrinin olduğu vurğulanıb.
Qeyd edək ki, Alleqri 2014-2019-cu illər aralığında “Yuventus”u çalışdırıb.