3 iyul 2026. Cümə

Türkiyə klubu Balotelli ilə danışıqlara başladı


  • Transfer
  • 20:16 24.05.2021
  • Oxunma sayı: 244
Türkiyə klubu Balotelli ilə danışıqlara başladı

Türkiyə Super Liqasına vəsiqə qazanan “Adana Dəmirspor” klubu heyətinə yeni hücumçu qatmaq istəyir.

Corner.az xəbər verir ki, Adana təmsilçisi “Montsa”nın hücumçusu Mario Balotellini transfer etmək niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda, “Adana Dəmirspor”un 30 yaşlı futbolçu ilə danışıqlar apardığı vurğulanıb.

Balotellinin “Montsa” ilə müqaviləsi iyunun sonunda başa çatır.

Türkiyə 1-ci liqasında çempion olan “Adana Dəmirspor” yeni mövsümdə Super Liqada iştirak edəcək.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır