8 aprel 2026. Çərşənbə

Aquero bu gün tibbi müayinədən keçəcək


  • Transfer
  • 13:59 30.05.2021
  • Oxunma sayı: 209
Aquero bu gün tibbi müayinədən keçəcək

 “Barselona” klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Siti”dən ayrılacağını açıqlayan Serxio Aquero ilə müqavilə imzalayacaq. Bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesbaında məlumat yayıb.

Aquero bu gün İspaniyaya yollanacaq. 32 yaşlı hücumçu, tibbi müayinədən keçdikdən sonra “Barselona” ilə iki illik müqavilə imzalayacaq.

“Barselona” yaxın zamanda argentinalı hücumçunun keçidini rəsmən açıqlayacaq.







Transfer