12 mart 2025. Çərşənbə

Mahir Emreli Legiya ilə müqavilə müddətini razılaşdırdı


  • Transfer
  • 10:56 31.05.2021
  • Oxunma sayı: 170
Mahir Emreli Legiya ilə müqavilə müddətini razılaşdırdı

"Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə prinsipial razılıq əldə edib.

Corner.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçunun agenti Tural Əsgərov məlumat verib.

O, forvardın Polşaya səfərinin tezliklə gerçəkləşəcəyini bildirib: "Hazırda viza məsələləri həll edilir. Ardınca Mahir Polşaya yollanacaq. Tibbi müayinədən uğurla keçəcəyi, müqavilənin tam versiyası bizim gözlədiyimiz kimi qaydasında olacağı və hansısa problemin ortaya çıxmayacağı təqdirdə, Emreli Varşava təmsilçisi ilə müqavilə imzalayacaq".

FIFA agenti oyunçunun viza məsələləri ilə klubun məşğul olduğunu söyləyib: "Viza nə vaxt hazır olsa, təyyarə biletini alacaqlar və futbolçu səfərə çıxacaq. Mahir ya Polşaya, ya da "Legiya"nın yay toplanışını keçəcəyi Avstriyaya gedə bilər. Şengen vizası ilə hər iki ölkəyə səfər mümkündür".

Əsgərovun sözlərinə görə, sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir.(report)







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər