- Transfer
- 21:36 08.08.2026
"Real" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubu Zinəddin Zidan'dan boşalan baş məşqçi postu Karlo Ançelotti'yə həvalə edib.
"Kral" klubu 61 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalandığı açıqlayıb.
Qeyd edək ki, italiyalı mütəxəssis 2013/14 və 2014/15 mövsümlərində də Real'ı çalışdırmışdı.