6 may 2026. Çərşənbə

Barselona'dan daha bir transfer


  • Transfer
  • 13:55 02.06.2021
  • Oxunma sayı: 198
Barselona'dan daha bir transfer

"Barselona" klubu növbəti transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümü "Betis"də çıxış edən Emerson Royal yenidən heyətə cəlb olunub.

"Barselona"ya məxsus olan 22 yaşlı müdafiəçi iki il icarə əsasında Sevilya təmsilçisində çıxış edib. Klub braziliyalı oyunçunu geri qaytarmaq hüququndan yararlanıb.

Qeyd edək ki, 2019-cu ildə ölkəsinin "Atletiko Mineyro"dan "Barselona"ya keçən Emerson Royal həmin il icarəyə verilib.








Transfer