3 iyul 2026. Cümə

Real'ın təklifini rədd etdim - Mbappe


  • Transfer
  • 14:04 05.06.2021
  • Oxunma sayı: 186
Real'ın təklifini rədd etdim - Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe bir neçə il əvvəl “Real”dan transfer təklifi aldığını etiraf edib.

Corner.az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə Fransa mətbuatına açıqlamasında deyib. O, 2014-cü ildə “Real”dan təklif aldığını, lakin ailəsinə görə Fransada qalmağı seçdiyini bildirib:

“Ailəm karyerama Fransada başlamağımı, burda oxumağımı istədi. Onlar bu seçimimin daha yaxşı olacağını dedilər. 2014-cü ildə İspaniyaya getdim, Zinəddin Zidan, Kriştiano Ronaldo ilə tanış oldum. Ancaq “Real”ın təklifini rədd etdim.

Mən hər zaman mübarizə aparmağı sevirəm. Rahat olmağı xoşlamıram. Bu hiss məni daha da yaxşı edir”.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır