3 iyul 2026. Cümə

Liverpul'un sabiq baş məşqçisi Fənərbaxça'da?


  • Transfer
  • 14:08 06.06.2021
  • Oxunma sayı: 167
Liverpul'un sabiq baş məşqçisi Fənərbaxça'da?

Hazırda işsiz olan Rafael Benitesin yeni iş yeri İstanbul ola bilər.

Corner.az xəbər verir ki, bu barədə “A Spor” telekanalı məlumat yayıb. Məlumatda, “Fənərbaxça”nın ispaniyalı mütəxəssisi iyunun 16-da Türkiyəyə gətirməyi planlaşdırdığı bildirilib.

61 yaşlı mütəxəssis “Fənərbaxça”da baş məşqçi postuna ən real namizəd hesab olunur. 

Daha əvvəl İspaniyada “Real”, “Valensiya”, “Osasuna”, İtaliyada “İnter”, “Napoli”, İngiltərədə “Liverpul”, “Çelsi”, “Nyukasl” kimi klublarda baş məşqçilik edən Benitesin son ünvanı Çin “Dalyan İfan”ı olub. Benites bu ilin yanvarından işsizdir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır