8 aprel 2026. Çərşənbə

Premyer Liqa klubu argentinalı futbolçunun keçidini rəsmən açıqladı


  • Transfer
  • 16:36 07.06.2021
  • Oxunma sayı: 167
Premyer Liqa klubu argentinalı futbolçunun keçidini rəsmən açıqladı

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Norviç”dən Emiliano Buendianı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Buendia ilə razılaşmanın detalları açıqlanmasa 24 yaşlı futbolçu üçün 46,5 milyon avro ödədiyini vurğulanıb.

Hazırda Argentina milli komandasının düşərgəsində olan Buendia yığmanın toplanışından sonra İngiltərəyə gələrək, “Aston Villa” ilə rəsmi müqavilə imzalayacaq.

Buendia son mövsümdə “Norviç”lə Çempionşipdə 39 oyunda 15 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi komandasının Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub.







Transfer