9 avqust 2026. Bazar günü

Vidal rusların “radar”ında


  • Transfer
  • 11:01 09.06.2021
  • Oxunma sayı: 171
Vidal rusların “radar”ında

“İnter”in futbolçusu Arturo Vidal karyerasını Rusiyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, “Zenit” klubu 34 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda, “Zenit” Vidala illik 4 milyon avro qazanacağı müqavilə təklif etməyə hazırlaşdığı vurğulanıb.

“İnter” Vidalı yaşının və maaşının çox olması səbəbindən satmağa hazırdır. Çilili futbolçu “neradzurra”da illik 8 milyon avro qazanır.

Vidalın “İnter”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir