- Transfer
- 00:21 04.10.2026
PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, son mövsümü "Liverpul"da keçirən Corcinyo Veynaldumla müqavilə imzalanıb.
30 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Niderlandlı futbolçu Paris klubuna azad agent statusunda keçib.
Qeyd edək ki, Corcinyo Veynaldum 2016-cı ildən "Liverpul"da çıxış edib.