3 iyul 2026. Cümə

De Xea Sulşerlə görüşəcək – AÇ-2020-dən sonra


  • Transfer
  • 10:10 15.06.2021
  • Oxunma sayı: 138
De Xea Sulşerlə görüşəcək – AÇ-2020-dən sonra

“Mançester Yunayted”in futbolçusu David de Xea AÇ-2020-dən sonra klubu tərk edə bilər.

Corner.az xəbər verir ki, 30 yaşlı qapıçı turnirdən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşerlə görüşəcək. Bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Məlumatda, De Xea norveçli mütəxəssisdən yeni mövsümdə komandanın əsas qapıçısı olacağına dair zəmanət ala bilməsə, klubu tərk edəcəyi vurğulanıb.

İspan qapıçı İspaniya yığması ilə AÇ-2020-də iştirak edir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır