- Transfer
- 23:57 07.04.2026
“Real” klubu “Roma”nın futbolçusu Leonardo Spinatsola ilə maraqlanır.
Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, Madrid klubunun 28 yaşlı müdafiəçi üçün “Roma”ya yaxın zamanda təklif etməyə hazırlaşdığı vurğulanıb.
“Real” futbolçusu Marselonun komandadan ayrılacağı halda, Spinatsola üçün rəsmi danışıqlara başlayacaq. İtaliya klubu müdafiəçini 30 milyon avroya satmağa razıdır.
“Roma” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Spinatsola İtaliya milli komandasının da üzvüdür.