4 oktyabr 2026. Bazar günü

Demba Banın yeni klubu açıqlandı


  • Transfer
  • 18:43 19.06.2021
  • Oxunma sayı: 186
Demba Banın yeni klubu açıqlandı

Son olaraq “Başakşəhər”də çıxış edən Demba Ba karyerasını İsveçrədə davam etdirəcək.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu “Luqano” klubuna keçib. Bu barədə İsveçrə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Demba Ba ilə bir illik müqavilə imzalanıb.

Demba Ba karyerası ərzində daha əvvəl İngiltərədə “Vest Hem”, “Nyukasl”, “Çelsi”, Türkiyədə “Beşiktaş”, “Göztəpə” və “Başakşəhər” klublarında çıxış edib.







Transfer