- Transfer
- 21:36 08.08.2026
"Mançester Yunayted”in futbolçusu Pol Poqba klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”dan ayrılacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Poqba “Mançester Yunayted”lə yeni müqavilə imzalamayacaq və artıq PSJ klubu ilə danışıqlara başlayıb.
Fransalı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.