Ukraynanın “Şaxtyor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Donetsk təmsilçisi “Ayaks”dan Lassina Traoreni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə beş illik müqavilə imzalanıb.
“Şaxtyor” Burkino-Faso milli komandasının üzvü üçün “Ayaks”a 10 milyon avro ödəyib.
Traore ötən mövsüm “Ayaks”la 29 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə edib.