5 may 2026. Çərşənbə axşamı

Çalhanoğlu Milan'ı İnter'ə dəyişir


  • Transfer
  • 16:28 21.06.2021
  • Oxunma sayı: 186
Çalhanoğlu Milan'ı İnter'ə dəyişir

 "Milan"dan ayrılan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu "İnter"ə keçməyə yaxındır.

Corner.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb.

27 yaşlı yarımmüdafiəçi gələn həftə 3 illik müqavilə imzaya qol çəkəcək. Çalhanoğlunun "Milan"la sözləşməni uzatmaqdan imtina etdiyi və onun iyunun 22-də yeni klubunda tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2020/2021 mövsümündə "Milan"da 43 oyuna 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb







Transfer