14 mart 2025. Cümə

Mançester Siti'dən Keyn üçün 100 milyonluq təklif


  • Transfer
  • 17:57 21.06.2021
  • Oxunma sayı: 207
Mançester Siti'dən Keyn üçün 100 milyonluq təklif

 "Mançester Siti" klubu Harri Keynin transferi ilə bağlı futbolçunun çıxış etdiyi "Tottenhem"ə rəsmi təklif göndərib.

Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, "şəhərlilər" 28 yaşlı hücumçu üçün London klubuna 100 milyon funt sterlinq təklif edib. Hətta Mançester təmsilçisi qarşı tərəfi razı salmaq üçün sözügedən məbləğlə yanaşı, oyunçularından birini verməyə də hazırdır.

Keynin özü də yay transfer dövründə "Tottenhem"i tərk etmək istəyir. Lakin klubun prezidenti Deniel Levi ulduz futbolçunu heyətdə saxlamaq niyyətindədir. İngilis hücumçunun taleyinə Avropa çempionatından sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Harri Keyn cari mövsüm Premyer Liqada 35 oyunda meydana çıxıb, 23 qol vurub və 14 məhsuldar ötürmə edib.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər