14 mart 2025. Cümə

De Byazi Azərbaycan millisini tərk edə bilər - VİDEO


  • Transfer
  • 10:25 22.06.2021
  • Oxunma sayı: 162
De Byazi Azərbaycan millisini tərk edə bilər - VİDEO

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya klublarından birinin sükanı arxasına keçə bilər.

Corner.az-ın məlumatına görə, belə bir iddia ilə "Sky Sport"un jurnalisti Canluka Di Martsio çıxış edib. Həmkarımız instaqramda video paylaşaraq, telefonunda 65 yaşlı mütəxəssisin fotosunu göstərib və onun tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib. Lakin o, konkret komanda adı çəkməyib.

"Sampnews24.com" iddia edir ki, De Byazi "Sampdoriya"nın baş məşqçisi ola bilər. Çünki bu klubun idman direktoru Karlo Osti daim təcrübəli mütəxəssisin işini bəyənib. Hətta italiyalı baş məşqçi ötən mövsüm bu komandaya rəhbərlik etməyə yaxın olub.

Lakin Di Martsionun sözləri "Fiorentina" və "Spetsiya"ya da şamil edilə bilər. Bu komandalar da hazırda yeni baş məşqçi axtarışındadırlar. Di Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Sampdoriya"ya ötən mövsüm Klaudio Ranyeri rəhbərlik edib. Komanda A Seriyasını 9-cu pillədə başa vursa da, Ranyeri müqaviləsini uzatmayıb.(report)








Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər