8 aprel 2026. Çərşənbə

Zirə'dən ayrılan futbolçu Səbail'ə keçdi


  • Transfer
  • 18:03 22.06.2021
  • Oxunma sayı: 158
Zirə'dən ayrılan futbolçu Səbail'ə keçdi

"Zirə" klubundan ayrılan futbolçu Şəhriyar Rəhimovun yeni klubu bəlli olub.

Corner.az məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını "Səbail"də davam etdirəcək.

"Dənizçilər" Rəhimovla 2 illik müqavilə imzalayıb. "Səbail" qapıçısı Nikolas Hagenlə də anlaşmağa çox yaxındır. Hazırda ölkəsində olan qvatemalalı qapıçı hansısa problem çıxmayacağı təqdirdə, 2021/2022 mövsümündə də paytaxt klubunun formasını geyinəcək.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018 - 2020-ci illərdə də "Səbail"in formasını geyinib. Nikolas Hagen isə 2020-ci ilin sentyabrında Azərbaycan təmsilçisinə keçib.







Transfer