3 iyul 2026. Cümə

Barselona'nın sabiq futbolçusu Ukrayna klubunda


  • Transfer
  • 19:44 22.06.2021
  • Oxunma sayı: 173
Barselona'nın sabiq futbolçusu Ukrayna klubunda

Ukraynanın “Şaxtyor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Donetsk təmsilçisi “Sassuolo”dan Marlonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.

2016-cı ildə Braziliyanın “Fluminense” klubundan beş milyon avroya “Barselona”ya keçən braziliyalı futbolçu Kataloniya təmsilçisinin əsas komandası ilə üç oyuna çıxıb. Marlon 2018-ci ildə “Barselona”dan “Sassuolo”ya transfer olunub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır