14 mart 2025. Cümə

Braziliyalı ilə müqavilə bağlayıb, belçikalını göndərdilər


  • Transfer
  • 10:01 23.06.2021
  • Oxunma sayı: 212
Braziliyalı ilə müqavilə bağlayıb, belçikalını göndərdilər

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah müdafiəçisi Lukas Limanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu İstanbul klubuna azad agent statusu ilə keçib.

Lukas son olaraq “Əl-Əhli”nin formasını geyinib. O, 2019-cu ildən Səudiyyə Ərəbistanı təmsilçisində çıxış edirdi. Futbolçu geridə qalan mövsümdə 27 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçi əvvəllər “Nant”, “Aruka”, ABC, “Qoyas”, “Botafoqo”, “Parana” kimi klubların da uğurları üçün çalışıb.

“Başakşəhər” Limanın transferi ilə yanaşı, digər sol cinah müdafiəçisi Boli Bolinqoli Mbombo ilə də yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şotlandiyanın “Seltik” klubundan icarəyə götürülmüş futbolçunun icarə müddəti bitib və onunla anlaşma yenilənməyib. 25 yaşlı belçikalı futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 18 oyuna çıxıb.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər