8 aprel 2026. Çərşənbə

Yuventus onunla danışıqlara başlayır


  • Transfer
  • 10:19 23.06.2021
  • Oxunma sayı: 149
Yuventus onunla danışıqlara başlayır

"Sassuolo" klubunda çıxış edən Manuel Lokatelli "Yuventus"a keçməyə çox yaxındır.

Corner.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, Turin təmsilçisi iki gün ərzində bu transferi açıqlayacaq. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. Lokatelli yeni klubunda illik 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Manuel Lokatelli ötən mövsüm "Sassuolo"nın heyətində 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer