- Transfer
- 12:16 13.03.2025
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Florensiya təmsilçisi “Ştutqart”ın hücumçusu Nikolas Qonsalesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İtaliya mətbuatının yazdığına görə, “Fiorentina” bu transfer üçün 27 milyon avrosundan keçib. Almaniya klubu bu keçidə görə bəzi bonuslar da əldə edə bilər.
Nikolas Qonsales, 2018-ci ildən “Ştutqart”ın uğurları üçün çalışırdı. Argentina yığmasının da üzvü Bundesliqa təmsilçisində keçirdiyi 79 rəsmi matçda 23 qolla yadda qalıb.