8 aprel 2026. Çərşənbə

Milan Lill'in türk futbolçusunu istəyir


  • Transfer
  • 11:07 25.06.2021
  • Oxunma sayı: 146
Milan Lill'in türk futbolçusunu istəyir

"Lill"in futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az-ın "Calcio In Pillole" nəşrinə istinadən məlumatına görə, "Milan" klubu  24 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Fransa çempionun rəhbərliyi Türkiyə millisinin üzvünü 25 milyon avrodan yuxarı qiymətə satmağa hazırdır.

Qeyd edək ki, Yusuf Yazıcı 2020/2021 mövsümündə 42 oyuna 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer